Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı
  12 Mart 2021    Oxunub:2567
Türkiyədə son sutka ərzində 63 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 14 046 yeni yoluxma faktı qeydə alınıb. Bununla da virusa yoluxanların sayı 2 835 989, pandemiya qurbanlarının sayı isə 29 290 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 659 093 pasiyent (son sutkada 9231 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti