Koronavirusa yoluxanların sayı 119 milyonu keçdi
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 641 min 786 nəfərdir. İndiyədək 94 milyon 731 min 155 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 308 846 yoluxma qeydə alınıb. Onlardan 158 326 nəfəri vəfat edib.
Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 11 284 269 nəfərdə virus aşkar edilib. Xəstələrdən 273 124 nəfəri həyatını itirib.
Dördüncü yerdə qərarlaşan Rusiyada 4 360 823 yoluxma, 90 734 ölüm faktı qeydə alınıb.
Siyahıda beşinci olan Böyük Britaniyada 4 241 677 nəfər virusa yoluxub ki, onlardan 125 168-i ölüb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: ÜST Koronavirus







Vaxtında, Aydın, Lazımlı!


