Yaponiyanın baş naziri ABŞ-a səfər edəcək

Yaponiyanın baş naziri ABŞ-a səfər edəcək
  12 Mart 2021    Oxunub:1385
Yaponiyanın baş naziri Yoşihide Suqanın aprel ayının birinci yarısında ABŞ-a səfəri planlaşdırılır.
Azvision.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato jurnalistlərə açıqlamasında deyib.

Kato bildirib ki, səfər çərçivəsində baş nazirin ABŞ Prezidenti Co Baydenlə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, səfər təxirə salınmasa, Yaponiya hökumətinin rəhbəri Ağ Evdə prezident Co Baydenin qəbul edəcəyi ilk xarici lider olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti