Qarabağda indiyədək 1499 erməni hərbçinin cəsədi tapılıb

 Qarabağda indiyədək 1499 erməni hərbçinin cəsədi tapılıb
  12 Mart 2021    Oxunub:2036
Dağlıq Qarabağda son döyüşlər zamanı məhv edilmiş daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Azvision.az "Armenpress"ə istinadla xəbər verir ki, axtarışlar Hadrut və Füzuli bölgəsində aparılıb.

Erməni hərbçilərin cəsədlərinin qalıqları Füzuli istiqamətində tapılıb. Onların kimliyi məhkəmə tibbi ekspertizası ilə müəyyən ediləcək.

Axtarışlar bu gün də davam edəcək.

Qeyd edək ki, 13 noyabr 2020-ci il tarixindən bu günə qədər 1499 erməni hərbçinin cəsədi və qalıqları döyüş bölgəsində aşkar olunaraq götürülüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  



Xəbər lenti