“Yoluxmalar artır, qapanma qaçılmaz ola bilər” - Həkim
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova deyib. O bildirib ki, yoluxma sayında azalmaların olması üçün qaydalara ciddi riayət edilməlidir.
T.Rəsulova COVID-19-a yoluxma sayında azalmaların olması üçün vaksinasiyasının vacibliyini vurğulayıb:
"Şəkərli diabet, hipertenziya (yüksək təzyiq) və digər xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün vaksin nəinki təhlükəli deyil, hətta daha vacibdir. Hər kəs mütləq vaksinasiya olunmalıdır və ətrafımızdakıları vaksinasiyaya təşviq etməliyik".
Aytən Zəhra
Azvision.az
Teqlər: COVID-19 Vaksinasiya







Vaxtında, Aydın, Lazımlı!


