Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsləri dindirildi
Qalstyanın vəkili Armen Arutyunyan məlumatı təsdiqləyib, lakin istintaq sirri olduğu üçün həmin şəxslərin adlarını açıqlamayıb.
Qəzetin yazdığına görə, dindirilən şəxslərdən biri Silahlı Qüvvələrin Silahlanma Xidmətinin rəisi, general-mayor Poqos Poqosyandır.
Vəkil, həmçinin müvəkkilinin bir neçə dəfə ifadə verdiyini və günahını boynuna almadığını söyləyb. Arutyunyan əlavə edib ki, Qalstyan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Kassasiya Məhkəməsinə müraciət etmək niyyətindədir.
Qeyd edək ki, Qalstyan bu il fevralın 1-də saxlanılıb. O, Ermənistan Müdafiə Nazirliyinə köhnə və yararsız mərmi tədarük etməkdə ittiham olunur. Məlumata əsasən, “Patron Davo”nun şirkəti nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal edilən eyni təyinatlı hərbi texnikaları satıb.
“Silah baronu” sayılan Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: DavidQalstyan







Vaxtında, Aydın, Lazımlı!


