Paşinyanın oğlunun mağazada işləməsi xəbəri yalan çıxdı

Paşinyanın oğlunun mağazada işləməsi xəbəri yalan çıxdı
  12 Mart 2021    Oxunub:1872
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan yenidən gündəmə gəlib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, tüfeyli həyat tərzi keçirdiyi deyilən Aşotun mağazada işə düzəlməsi barədə məlumat yayılıb. Paşinyan bununla övladının adi vətəndaşlardan seçilmədiyini göstərməyə çalışsa da, onun yalanı tezliklə üzə çıxıb.

"Baş nazir oğlu Aşot Paşinyana iş tapmaq qərarına gəlib. Xəbər yayılıb ki, o “Yeni ev” mağazalar şəbəkəsindəki xidmət şöbəsində işə düzəlmək istədiyini bildirib. Əslində bu addım ona görə atılır ki, rəhbərlik Ermənistan vətəndaşlarına oğlunun hər kəslə bərabər olduğunu göstərsin. Yəni bu, "baxın, Aşot heç bir dövlət işinə, vəzifəyə təyin edilmədi" deməkdir. Əslində isə Aşotun vəzifəli şəxslərlə eyni masada oturmasını belə az görməmişik",- deyə erməni mediası yazıb.

Jurnalistlər "Barsis" MMC adıyla qeydiyyatdan keçmiş sözügedən mağazalar şəbəkəsindən məlumatın doğru olub-olmadığını dəqiqləşdirməyə çalışıblar. Lakin xəbərin doğru olması öz təsdiqini tapmayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  



Xəbər lenti