Fransa səfiri Mingəçevirə getdi - FOTO

Fransa səfiri Mingəçevirə getdi -  FOTO
  12 Mart 2021    Oxunub:1607
Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Mingəçevir şəhərinə səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə səfir “Tvitter” hesabında məlumat paylaşıb.

Diplomatın sözlərinə görə, iki günlük səfər zamanı ilk görüşü Mingəçevirin icra başçısı İlham İsmayılovla olub. Bundan əlavə, Mingəçevir Universitetinin rektoru Şahin Bayramov və Turizm Kollecinin rəhbərliyi ilə görüşlərdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfir əlavə edib ki, bu təhsil ocaqlarında fransız dili də tədris edilir.




Pərvanə Sultanova
Azvision.az



Teqlər: Mingəçevir   Səfir   Fransa  






Xəbər lenti