Türk müğənnidən Azərbaycana hörmətsizlik - VİDEO

Türk müğənnidən Azərbaycana hörmətsizlik - VİDEO
  24 Fevral 2014    Oxunub:1421
Türkiyənin xalq mahnılarının ifaçısı Uğur Işılak məşhur Azərbaycan mahnısı “Çırpınırdı Qaradəniz” adlı mahnının erməni bəstəkara aid olduğunu iddia edib.

AzVision.az-ın məlumatına görə, türkiyəli müğənni bildirib ki, bu mahnı erməni bəstəkara aiddir.

“Çırpınırdı Qaradəniz” mahnısının məşhur ifaçısı Azərin isə bu iddialara sərt reaksiya verib. O, bildirib ki, bu məsələ ümumiyyətlə müzakirə oluna bilməz və mahnının söz yazarı və bəstəkarının bəllidir.

Azərin bildirib ki, Işılak çox böyük səhv edib və dərhal türk xalqından və mahnının bəstəkarı və söz yazarından üzr istəməlidir.

Eyni zamanda Azərin onu da vurğulayıb ki, mahnının bəstəkarı Üzeyir Hacıbəyov, sözləri isə böyük şair Əhməd Cavada aiddir.



Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti