YAP-ın Təftiş Komissiyasının tərkibi məlum oldu - SİYAHI
YAP-ın VII qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə və yeni mərhələnin başlanğıcı olduğunu deyən Tahir Budaqov partiyanın sədri, Prezident İlham Əliyevin qurultayda dərin məzmunlu, proqram xarakterli çıxışının partiyanın fəaliyyətində əsas istiqamət olduğunu nəzərə çatdırıb. Tahir Budaqov, həmçinin partiyanın sədri İlham Əliyevin tövsiyələrini Təftiş Komissiyasının üzvlərinin diqqətinə çatdırıb. O, komissiyanın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Milli Məclisin deputatları Sevinc Hüseynova, Sadiq Qurbanov və Nizami Səfərov iclasda çıxış edərək, yüksək etimad üçün Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə və YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevaya komissiya üzvləri adından təşəkkürlərini bildirib, komissiyanın üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində səylə çalışacaqlarını qeyd ediblər.
Daha sonra təşkilati məsələlərə baxılıb. Deputatlar Sevinc Hüseynova Təftiş Komissiyasının sədri, Nizami Səfərov isə sədr müavini seçilib.
İclasda, həmçinin YAP-ın yeni Nizamnaməsinə əsasən, Təftiş Komissiyasının reqlamentinin hazırlanması və digər məsələlər də müzakirə olunub.
Daha sonra Komisssiyanın tərkibi müəyyən edilib. 13 nəfərdən ibarət Təftiş Komissiyasının üzvləri aşağdakı kimidir.
1. İskəndərov Vüqar Yapon oğlu
2. Həsənov Həsən Zal oğlu
3. İbrahimqızı Məlahət İbrahim qızı
4. Musayev Musa Həzi oğlu
5. Səfərov Nizami Abdulla oğlu
6. Hüseynov Aydın Nəsir oğlu
7. Seyidov Səməd İsmayıl oğlu
8. Nəsirov Elman Xudam oğlu
9. Hüseynova Sevinc Əmirəhməd qızı
10. Qurbanov Sadiq Haqverdi oğlu
11. Paşazadə Cavanşir Hümmət oğlu
12. Hüseynova Badam Şahmar qızı
13. Həmzəyev Naqif Ələşrəf oğlu
Azvision.az
Teqlər: YAP







Vaxtında, Aydın, Lazımlı!


