Rusiyada koronavirusdan ölənlərin sayı 91 mini keçdi

Rusiyada koronavirusdan ölənlərin sayı 91 mini keçdi
  12 Mart 2021    Oxunub:1861
Rusiyada son sutka ərzində koronavirusa 9 794 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 370 617 nəfərə çatıb.

Rusiyada son bir gündə 486 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 91 220 nəfərdir. İndiyədək 3 973 029 nəfər sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti