Sosial yardım alanlara əlavə ödəmələr verilə bilər

Sosial yardım alanlara əlavə ödəmələr verilə bilər
  12 Mart 2021    Oxunub:1692
"2018-2019-ci illərdə imzalanan sərəncamlara əsasən, ünvanlı yardım alan ailələrə birdəfəlik bayram ödənişləri edilirdi. Lakin keçən il ünvanlı dövlət sosial yardımı alan ailələrin sayında kifayət qədər artım oldu. Ünvanlı sosial yardımın əhatə dairəsi genişləndirildiyi və daha çox insanı əhatə etdiyi üçün bu yardımın verilməsi təxirə salınmışdı".
Azvision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, bu il yardım alan ailələrə 50 və ya 100 manat məbləğində birdəfəlik ödəmələr verilə bilər.

Aytən Zəhra
Azvision.az



Teqlər: Ünvanlısosialyardım  






Xəbər lenti