Netflix “parol bölüşənlər”ə xəbərdarlıq göndərir

Netflix “parol bölüşənlər”ə xəbərdarlıq göndərir
  12 Mart 2021    Oxunub:4462
Netflix ilk dəfə şərikli hesablardan istifadə edən tamaşaçılara xatırladıb ki, öz hesabını açmaq lazımdır. Artıq bunu edən istifadəçilərə test rejimində xəbərdarlıqların göndərilməsinə başlanılıb.
Xəbərdarlıqda deyilir ki, yalnız bir evdə yaşadığın halda başqasının Netflix hesabından istifadə etmək olar.

Hələ ki, şirkət parolunu bir-birinə verənlərə qarşı hansısa ciddi tədbir görməyə hazırlaşmır. Amma ekspertlərin fikrincə, gec-tez məsələ gəlib buna da çatacaq.

Netflix istifadəçilərin təxminən üçdə biri (33%) parolunu ən azı bir nəfərə verir. Şirkətin ümumi istifadəçiləri 200 milyonu keçib, aylıq abunə haqqı isə baza paketi üçün 9 dollardır.

Qeyd edək ki, Netflix parolunu başqasına vermək azərbaycanlı istifadəçilər arasında da geniş yayılıb. Çox vaxt bir neçə nəfər hərəyə 2-3 dollar düşməklə abunəni ödəyir, sonra da Netflix hesabından birlikdə istifadə edirlər.

Tariyel





Teqlər: Netflix  





Xəbər lenti