Türkiyə ilə Misir arasında diplomatik təmaslar başlayıb

 Türkiyə ilə Misir arasında diplomatik təmaslar başlayıb
  12 Mart 2021    Oxunub:1904
Türkiyə ilə Misir arasında diplomatik səviyyədə təmaslar başlayıb.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Misir tərəfindən hər hansı ilkin şərt irəli sürülməyib.

“Bizim tərəfdən də heç bir şərt yoxdur. Ancaq illərlə əlaqələr kəsildikdə, bir gün heç nə olmamış kimi davranmaq o qədər də asan deyil. Yavaş-yavaş görüşərək, bir yol xəritəsi müəyyən edərək, bu mövzularda addım atırıq. İllərdir əlaqələr kəsildiyi üçün etibar çatışmazlığı da var və bu, normaldır, hər iki tərəfdə ola bilər. Bu səbəbdən danışıqlar müəyyən strategiya və yol xəritəsi çərçivəsində davam edir. Misirlə həm kəşfiyyat, həm də Xarici İşlər Nazirlikləri səviyyəsində təmaslarımız var", - deyə XİN rəhbəri vurğulayıb.

Çavuşoğlu, daha əvvəl misirli həmkarı Semih Şukri ilə beynəlxalq toplantılar zamanı görüşdüklərini, iki il əvvəl Nyu-Yorkda bir araya gəldiklərini xatırladıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Misir  



Xəbər lenti