Çinin xarici işlər naziri Türkiyəyə səfər edəcək

Çinin xarici işlər naziri Türkiyəyə səfər edəcək
  12 Mart 2021    Oxunub:1491
Çinin xarici işlər naziri Vanq Yi Türkiyəyə səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, çinli həmkarı bölgəyə səfəri çərçivəsində 25 martda Türkiyəyə gələcək.

“Gündəmdə ikitərəfli əlaqələr, regional məsələlər, Asiya və Avrasiya ilə əlaqəli mövzuların müzakirəsi var. Həmçinin, COVID-19-la mübarizə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq", - deyə Çavuşoğlu əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə  



Xəbər lenti