Sosial yardım almaq istəyənlərə xəbərdarlıq: “Bu, cinayətdir”

Sosial yardım almaq istəyənlərə xəbərdarlıq:  “Bu, cinayətdir”
  12 Mart 2021    Oxunub:1849
Vətəndaşın ünvanlı sosial yardım almaq hüququ varsa, həmin şəxs rahat şəkildə sənədlərini elektron sistemə daxil edə bilər. Ünvanlı dövlət sosial yardımı almaq üçün vətəndaşın məlumatı saxtalaşdırılırsa, bu, qanun pozuntusu, hətta deyərdim ki, cinayətdir.
Azvision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

"Bildiyiniz kimi, bu yardım iş yeri olan şəxslərə verilir. Bəzən vətəndaş heç bir yerdə işləmir, lakin “makler” tərəfindən saxta müəssisədə işləməsi və müqaviləsinin olduğu göstərilir. Həmin sistemdə məlumatlar daxil edildikdə vətəndaşın adı işləyən şəxs kimi görünür. Təbii ki, vətəndaşa ünvanlı dövlət sosial yardım təyin olunduqdan sonra daimi monitorinqlər həyata keçirilir. Aparılan araşdırma zamanı vətəndaşın adı qeyd edilən müəssisədə 200 nəfərin bu yardımı aldığı aşkarlanır. Amma onlara heç bir sığorta ödənişi edilmir. Çünki əmək haqqından sosial sığorta ödənişi edilməlidir. Buna görə də bəzən yardım təyin ediləndən iki gün sonra həmin müəssisə vətəndaşın müqaviləsinə xitam verir”.

DSMF sədri qeyd edib ki, 20-yə yaxın müəssisənin qeyri-qanuni fəaliyyəti ilə bağlı prokurorluq orqanlarına müraciət edilib.

Azvision.az


Teqlər: Ünvanlısosialyardımı  



Xəbər lenti