Polad Bülbüloğlu Lavrova təşəkkür məktubu göndərdi

 Polad Bülbüloğlu Lavrova təşəkkür məktubu göndərdi
  12 Mart 2021    Oxunub:2004
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin xarici işlər naziri Sergey Lavrova təşəkkür məktubu göndərib.

Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Rusiya səfirlik işçilərinə və onların ailə üzvlərinə pulsuz vaksinasiya olunmaq imkanı yaradıb.
“Bunu diplomatik qaydalar və müvafiq beynəlxalq sənədlər əsasında edirik. Artıq bir çox xarici diplomat Rusiyanın koronavirus peyvəndi ilə vaksinasiya olunub. Rusiya xarici işlər naziri Sergey Lavrovun ünvanına Azərbaycan səfiri Polad Bülbüloğlundan təşəkkür məktubu daxil olub.

Xatırladım ki, Polad Bülbüloğlu Moskvadakı diplomatik korpusun duayenidir. Təşəkkür məktubunda XİN-in təşəbbüsünün dərin hörmətə layiq olduğu və bütün diplomatik korpus tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub”, - Zaxarova bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: PoladBülbüloğlu  



Xəbər lenti