Ötən il myGov portalından istifadə sayı 3 milyonu ötüb

Ötən il myGov portalından istifadə sayı 3 milyonu ötüb
  12 Mart 2021    Oxunub:1528
Ötən il myGov portalından ümumi istifadə sayı 3 milyon 507 min 143 olub. Portalın istifadəçilərinin sayı 447 min 280 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, portal vasitəsilə 3 milyon 249 min bildiriş göndərilib: "Portalın xidmətlərinin ümumi sayı 11 milyon 530 min təşkil edib. Portaldan istifadənin orta yaş həddi 36-dır. myGov istifadəçilərinin 78 faizi kişilər, 22 faizi isə qadınlardır".

Azvision.az


Teqlər: Portal   MyGov  






Xəbər lenti