Çavuşoğlu Somaliyə gedir

Çavuşoğlu Somaliyə gedir
  12 Mart 2021    Oxunub:1878
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Somaliyə səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Çavuşoğlu bildirib ki, daxili problemlər yaşayan Somali Türkiyə üçün qardaş ölkədir.

"Somalidə seçki məsələsində bütün tərəflərin anlaşma əldə etməsi əhəmiyyətlidir. Somalidəkilər hamısı bizim qardaşlarımızdır. Qarşıdakı günlərdə dəstəyimizi vurğulamaq üçün bu ölkəyə səfər etməyi planlaşdırıram", - XİN rəhbəri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Somali  



Xəbər lenti