“Bakı və İrəvan konstruktiv mövqe nümayiş etdirir” - Zaxarova

 “Bakı və İrəvan konstruktiv mövqe nümayiş etdirir” -  Zaxarova
  12 Mart 2021    Oxunub:2430
Baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupunun fəaliyyəti çərçivəsində həm Bakı, həm də İrəvan konstruktiv mövqe nümayiş etdirir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Əsas vəzifə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair ən yüksək səviyyədə əldə edilmiş razılaşmaları həyata keçirməkdir", - Rusiya XİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, Qarabağa dair İşçi Qrupda Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri təmsil olunur. İşçi Qrupun artıq bir neçə iclası keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İşçiQrup  



Xəbər lenti