İran KİV-ləri: “ABŞ-ı yadplanetlilər idarə edir”

İran KİV-ləri: “ABŞ-ı yadplanetlilər idarə edir”
  24 Fevral 2014    Oxunub:1511
ABŞ-ı yadplanetlilər idarə etməsinə dair İran agentliyi ilk növbədə “Foreign Policy” jurnalının bloqçusu olan Keytlin Fossettin məqaləsinə əsaslanır.
Qeyd etmək lazmıdır ki, Fars agentliyi konspiroloji nəzəriyyələr üzərində ixtisaslaşan Whatdoesitmean.com ultramarginal şəbəkənin materiallarına əsaslanır. Bundan başqa məqalə müəllifləri keçmiş CİA agenti Edvard Snoudenin rus xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlara da istinad edir.
İnformasiyaya görə, yadplanetlilərin bazası Nevada ştatında yerləşir.

Casus Edvard Snoudenin isə əslində yadplanetlilərin öz mövcudluqlarını Yer sakinlərindən gizlətmək üçün istifadə etdikləri vasitə kimi qələmə verilir. “Bütün bunlar isə heç bir şübhə doğurmayan həqiqətlər kimi verilir”-deyə yazıya diqqət çəkən “The Wasington Post” yazır.

İran agentliyi iddia edir ki, Federal Təhlükəsizlik Xidməti öz hesabatında 1954-cü ildə “hündür, ağ” yadplanetlilərin ABŞ prezidenti Duayt Eyzenhauerlə ABŞ-ın və dünyanın gizli idarəolunması ilə bağlı razılaşma imzaladığı yer alıb. Bundan öncə isə yadplanetlilərin 30-cu illərdə nasist Almaniyasının dirçəldilməsində və Adolf Hitlerin gizli texnologiyalarla təmin edilməsində iştirak edib.

Sənədlərdə Edvard Snoudenin hazırda ABŞ-da iki hökumətin “seçilmiş və zülmətdən idarə olunan gizli hökumətin mövcudluğu barədə danışdığı göstərilir.
ABŞ-ın hazırki prezidenti Barak Obamanın hesabatda yadplanetlilərin marionetkası olduğu, onun komandasında bəzilərinin yadplanetli gizli rejimə qarşı müxalifətdə olduğu göstərilir. “Rusiya hakimiyyəti ən çox ondan narahat olmalıdır ki, hündür, ağ yadplanetlilərdən narazı olan qüvvələr başqa bir yadplanetli qrupla əlaqədə ola bilərlər”-deyə Fars agentliyi materiallara əsaslanaraq yazır.

Federal Təhlükəsizlik Xidmətinin guya ki, aşkar olunan hesabatında yadplanetlilərin bütün dünya üzrə mövcudluqlarını gözlətmək üçün qlobal elektron müşahidə sistemi yaratmaq istədiyini bildirib. Snoudenin sözlərinə görə. Bütün bunlar yadplanetlilərin dünya ağalığı və total assimilyasiya planının sonuncu fazasıdır.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti