“Qaz təchizatında ciddi problem olmayıb” - Ruslan Əliyev

“Qaz təchizatında ciddi problem olmayıb” -  Ruslan Əliyev
  12 Mart 2021    Oxunub:2040
Dünəndən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişməsinə baxmayaraq, qazın verilişində ciddi problem müşahidə olunmayıb.
Azvision.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin direktoru Ruslan Əliyev deyib. O bildirib ki, bu müddət ərzində hər hansı qəza halı qeydə alınmayıb.

“Qazın təzyiqi ilə bağlı xırda nüanslar olub. Bununla əlaqədar hər bir müraciət operativ şəkildə həllini tapır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Azəriqaz  






Xəbər lenti