Rusiya “Twitter”in quşunu qəfəsə salır

   Rusiya “Twitter”in quşunu qəfəsə salır
  12 Mart 2021    Oxunub:3746
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti (“Roskomnadzor”) “Twitter” sosial şəbəkəsinin ölkədə yayımlanma sürətini mobil qurğular üçün 100%, stasionar kompüterlər üçün isə 50% azaldıb.
Buna səbəb kimi “Twitter”in Rusiya qanunlarına əməl etməməsi göstərilir.

“Roskomnadzor” bildirir ki, indiyə qədər ölkənin qanunlarına zidd paylaşımların silinməsi üçün “Twitter”ə 28 min müraciət göndərilsə də, müraciətlərə cavab verilməyib. Əgər belə davam edərsə, mikrobloq şəbəkəsi Rusiya ərazisində tamamilə bloklana bilər.

- Biz dialoqa hazırıq, amma şirkətin təmsilçilərindən heç kim hələ bizimlə ünsiyyət qurmayıb. Bizim suallarımız cavabsız qalır,- deyə “Roskomnadzor”un bəyanatında bildirilir.

Tariyel



Teqlər: Tvitter   Rusiya  



Xəbər lenti