Karantin dövründə 8103-ə 112 milyondan çox sms göndərilib

   Karantin dövründə 8103-ə 112 milyondan çox sms göndərilib
  12 Mart 2021    Oxunub:1076
Xüsusi karantin rejimi dövründə dövlət və özəl təşkilatların əməkdaşları üçün www.icaze.e-gov.az portalına 139 min 63 qurum müraciət edib. İcazə verilən vətəndaşların sayı 1 milyon 279 min 123 nəfər, nəqliyyat vasitələrinin sayı isə 484 min 238 olub.
Azvision.az xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

F.Cəfərov bildirib ki, gündəlik ehtiyaclar və təxirəsalınmaz zəruri hallarda icazələrin alınması üçün 8103 SMS icazə sisteminə 5 milyon 715 min 699 nəfər müraciət edib. 8103 qısa nömrəsinə 112 milyon 561 min 379 SMS göndərilib. Həmin SMS-lərdən 95 milyon 105 min 177-nə müsbət cavab verilib.

Azvision.az



Teqlər: SMS   Karantin  






Xəbər lenti