“Avatar”ın baş qəhrəmanı tutuldu

“Avatar”ın baş qəhrəmanı tutuldu
  24 Fevral 2014    Oxunub:1109
Dünyaca məşhur “Avatar” filminin baş rol ifaçısı Sem Vortinqton polis tərəfindən saxlanılıb. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, o, Nyu-Yorkda fotoqrafa yumruq vurmaqda ittiham olunur.

37 yaşlı aktyor hələlik azadlığa buraxılsa da fevralın 26-ı onun məhkəməsi olacaq.

Vorninqtonun xanım dostuna təpik vurduğu idda edilən fotoqraf da saxlanılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti