“Türkiyə-Azərbaycan” jurnalı Vətən müharibəsindən yazdı

“Türkiyə-Azərbaycan” jurnalı Vətən müharibəsindən yazdı
  12 Mart 2021    Oxunub:2417
Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycandakı aktual və əhəmiyyətli mövzuları, iki dövlət arasındakı əlaqələri Türkiyə və dünya ictimaiyyətinə çatdırmağı hədəfləyən “Türkiyə-Azərbaycan” jurnalının Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunan xüsusi nömrəsi çapdan çıxıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) Azvision.az -a bildiriblər ki, jurnalda Vətən müharibəsi ilə bağlı informasiyalar, Zəfər Paradından görüntülər, Azərbaycan diasporunun 44 günlük müharibə dövründə fəaliyyəti və digər məsələlər öz əksini tapıb.

DİDK-nın dəstəyi ilə çap olunan jurnalın əsas məqsədlərindən biri də Prezident İlham Əliyevin “Bir millətin iki diasporu olmaz” çağırışına və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan ilə Türkiyə güclü qardaşlıq və qohumluq telləri ilə bir-birinə bağlı iki dövlətdir” fikrinə əsaslanaraq türkdilli dövlətlərin diasporlarının birliyinə nail olmaqdır.

Qeyd edək ki, “Türkiyə-Azərbaycan” jurnalı Diasporla İş üzrə Dövlət Komitəsi və “Ajans Turka” Strateji Araşdırma Mərkəzi arasında imzalanmış müqaviləyə uyğun olaraq 2019-cu ildən nəşr edilir. Jurnal Azərbaycanda, Türkiyədə və bu ölkələrin diasporlarının fəaliyyət göstərdiyi digər dövlətlərdə pulsuz paylanılır.

Azvision.az




Teqlər: VətənMüharibəsi  






Xəbər lenti