“Sputnik V” peyvəndi Azərbaycanda istifadə üçün təsdiqləndi

 “Sputnik V” peyvəndi Azərbaycanda istifadə üçün təsdiqləndi
  12 Mart 2021    Oxunub:2478
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

"Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub. Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi barədə danışıqlar davam etdirilir".

Azvision.az



Teqlər: Rusiya   Vaksin   Koronavirus  






Xəbər lenti