Şahzadə Harri və Meqanın reytinqi rekord həddə düşdü

Şahzadə Harri və Meqanın reytinqi rekord həddə düşdü
  12 Mart 2021    Oxunub:2761
Şahzadə Harrinin və həyat yoldaşı Meqan Marklın Böyük Britaniya sakinləri arasında reytinqi kəskin azalıb.
Azvision.az xəbər verir ki, buna səbəb kimi onların amerikalı teleaparıcı Opre Uinfrə verdikləri qalmaqalı müsahibə göstərilir.

Məlumata görə, “YouGov”un 10-11 mart tarixlərində apardığı sorğuda 1664 respondent iştirak edib. Nəticələrə əsasən, respondentlərin 45% -i şahzadə Harriyə müsbət, 48% -i isə mənfi münasibət bəsləyib.

Martın 2-də onun reytinqi 53 % olub. Bundan əlavə, şahzadə Harriyə mənfi münasibət sərgiləyən britaniyalıların sayı ilk dəfə ona müsbət yanaşanları üstələyib.

Meqana da britaniyalılar mənfi münasibət göstərməyə başlayıblar. Sorğuya görə, hər on nəfərdən yalnız üçü (31%) ona müsbət münasibət bəsləyir, respondentlərin əksəriyyəti - 58% -i Meqanı mənfi qiymətləndirir.

Qeyd edək ki, ayın əvvəlində respondentlərin 39% -i şahzadə Harrinin həyat yoldaşına qarşı müsbət münasibət bəslədiklərini söyləyiblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MeqanMarkl  



Xəbər lenti