Aynur Sofiyeva vətəndaşları onlayn qəbul edəcək

Aynur Sofiyeva vətəndaşları onlayn qəbul edəcək
  12 Mart 2021    Oxunub:1574
Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin mövcud pandemiya şəraitində Respublika ərazisində tətbiq edilən karantin rejimi qaydalarına əməl edilməsilə bağlı tövsiyələrini nəzərə alaraq, vətəndaşların təhlükəsiz şəraitdə qəbulunu təmin etmək məqsədilə növbəti onlayn vətəndaş qəbulu keçiriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, qəbul 15 mart 2021-ci il tarixində, saat 10:00-dan 13:00-dək Komitənin sədr müavini Aynur Sofiyeva tərəfindən Zaqatala Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzindən əlaqələndirilməklə baş tutacaq.

Onlayn qəbul Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq və Zaqatala, Qax və Balakən rayon rayonlarından olan vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq.

Əlavə suallar yarandıqda Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinə (əlaqə nömrəsi: (+994 24) 225 51 88) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (əlaqə nömrəsi: 012 498 00 92) müraciət edə bilərsiniz.

Azvision.az



Teqlər: Komitə   Vətəndaş   Qəbul  






Xəbər lenti