Türkiyədə zəncirvari qəza: Ölən və yaralılar var

Türkiyədə zəncirvari qəza:    Ölən və yaralılar var
  13 Mart 2021    Oxunub:2814
Türkiyənin Bursa vilayətinin Kestel rayonunda, Bursa-Ankara magistralında zəncirvari avtomobil qəzası baş verib.
Azvision.az xəbər verir ki, sürət həddini aşan və əyləcində nasazlıq yaranan qoşqulu yük maşını yolun əks istiqamətinə keçərək təxminən 20 avtomobillə toqquşub.

İlkin məlumata əsasən, qəza nəticəsində üç nəfər həlak olub, 20-dən çox yaralı var. Bölgəyə təcili tibbi briqadalar və xilasedici qruplar cəlb olunub.

Azvision.az


Teqlər: Türkiyə   Qəza  



Xəbər lenti