Koronavirusa yoluxanların sayı 120 milyona çatır
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 651 min 728 nəfərdir. İndiyədək 96 milyon 257 min 884 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
İkinci sırada yer alan Braziliyada pandemiya dövründə 11 368 316 nəfərdə virus aşkar edilib. Xəstələrdən 275 276 nəfəri həyatını itirib.
Üçüncü sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 333 728 yoluxma qeydə alınıb. Onlardan 158 483 nəfəri vəfat edib.
Dördüncü yerdə qərarlaşan Rusiyada 4 370 617 yoluxma, 91 220 ölüm faktı qeydə alınıb.
Siyahıda beşinci olan Böyük Britaniyada 4 248 286 nəfər virusa yoluxub ki, onlardan 125 343-ü ölüb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 220-dən çox ölkədə qeydə alınıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Statistika







Vaxtında, Aydın, Lazımlı!


