ÜST bu peyvəndin təcili istifadəsinə icazə verdi

ÜST bu peyvəndin təcili istifadəsinə icazə verdi
  13 Mart 2021    Oxunub:2750
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-ın “Johnson & Johnson” şirkətinin koronavirus əleyhinə peyvəndinin təcili istifadəsinə icazə verib.
ÜST-nin Ekspertlər Şurasının tövsiyəsinə müvafiq olaraq peyvəndin beynəlxalq istifadəsi lisenziyalaşdırılıb.

Təşkilatın Baş direktoru Tedros Qebreyesus bildirib ki, COVID-19-a qarşı hər bir yeni, təhlükəsiz və təsirli vasitə pandemiya üzərində nəzarətin mümkünlüyü istiqamətində atılmış növbəti addımdır.

Qeyd edək ki, Avropa İttifaqı da Avropa Dərman Agentliyinin (EMA) tövsiyəsi əsasında peyvəndin istifadəsinə icazə verib. Tədqiqatlar əsasında “Johnson & Johnson” şirkətinin koronavirus əleyhinə peyvəndinin COVID-19 xəstəliyini ağır formada keçirən xəstələrin 85 faizinə müsbət təsir göstərdiyi müəyyən edilib. Viral vektor peyvəndinin üstünlükləri arasında onun cəmi bir dozadan ibarət olması və normal soyuducularda saxlana bilməsi göstərilir.

Azvision.az


Teqlər: Vaksin  



Xəbər lenti