Bayden “Şimal axını -2”yə görə çətin vəziyyətə düşdü

Bayden “Şimal axını -2”yə görə çətin vəziyyətə düşdü
  13 Mart 2021    Oxunub:1721
ABŞ Prezidenti Co Bayden "Şimal axını -2" qaz kəmərinə qarşı may ayında tətbiq oluna biləcək yeni sanksiyalar səbəbindən həssas diplomatik vəziyyətlə üzləşib.
Azvision.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Qəzetin məlumatına görə, Amerika prezidentinin administrasiyası bir tərəfdən layihənin həyata keçirilməsinə mane olmaq istəyir, digər tərəfdən boru kəmərinin bitməsinin tərəfdarı olan Almaniya ilə münasibətləri korlamaq istəmir.

Ayrıca, Ağ Ev “Şimal axını- 2” layihəsinin inşası ilə əlaqəli ola biləcək şirkətləri araşdırmağa davam edir. Bundan başqa, Baydenin hər iki parlament partiyasının təzyiqi altında olduğu qeyd edilir.

Respublikaçı senator Ted Kruz Baydeni qaz kəmərinə qarşı daha qəti tədbirlər görməyə məcbur etmək üçün ABŞ liderinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru və dövlət katibinin müavini vəzifələrinə namizədlərini bloklamışdı.

“Şimal axını -2” layihəsinin icrası ABŞ-ın 2019-cu ilin dekabrında qaz kəmərinin podratçılarına tətbiq etdiyi sanksiyalar səbəbindən dayandırılıb. Prezident Vladimir Putin 2020-ci ilin yanvarında layihənin Rusiya qüvvələri tərəfindən tamamlanacağını, lakin inşaatın planlaşdırıldığından bir neçə ay sonra bitəcəyini bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şimalaxını   ABŞ   Bayden  



Xəbər lenti