İrəvanda beynəlxalq silah sərgisi keçirilməyəcək

 İrəvanda beynəlxalq silah sərgisi keçirilməyəcək
  13 Mart 2021    Oxunub:1701
Ermənistan paytaxtında 25-27 mart tarixlərində keçirilməsi planlaşdırılan "ArmHiTec-2021" beynəlxalq silah və müdafiə texnologiyaları sərgisi baş tutmayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, bir müddət öncə Ermənistanın Əbu-Dabidəki beynəlxalq hərbi-sənaye sərgisində boş pavilyonla təmsil olunması ilə bağlı biabırçı hadisədən sonra yüksək texnologiyalar sənayesi naziri Akob Arşakyan həmkarlarını İrəvana -“ArmHiTec-2021” sərgisinə dəvət etmişdi. Hətta nazirlik bu müddət ərzində guya erməni eksponatlarını təqdim edəcəklərini bəyan etmişdi.

"Boş pavilyon qalmaqalı və biabırçılığından sonra rəsmi elanlardan birində, Arşakyanın Birləşmiş Ərəb Əmirliklərindən olan nazir Ömər bin Sultan əl-Olama ilə söhbət əsnasında onu "ArmHiTec2021"də iştiraka dəvət etdiyi bildirilirdi. İndi isə beynəlxalq sərginin baş tutmayacağı bəlli oldu..."-, deyə məlumatda bildirilir.

Tural Tağıyev
Azvision.az


Teqlər: İrəvan   Sərgi  



Xəbər lenti