Ermənistanda müharibəyə görə 180 hərbçi, 12 komandir saxlanılıb

Ermənistanda müharibəyə görə 180 hərbçi, 12 komandir saxlanılıb
  13 Mart 2021    Oxunub:3663
İkinci Qarabağ müharibəsi ilə bağlı Ermənistanda bu günə qədər 12 500-dən çox insanın cəlb olunduğu 1500-ə yaxın cinayət işi başladılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Məlumata görə, cinayət işləri İstintaq Komitəsində araşdırılır.

“Üstəlik, bu cinayət işləri üzrə 180 hərbçi saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb olunub. İki yüksək rütbəli zabit daxil olmaqla 12 komandir cinayət məsuliyyətinə cəlb edilib", -deyə məlumatda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti