Karantin rejimi sərtləşdirilir? - TƏBİB-dən açıqlama
"Başqa sözlə, koronavirusla əlaqədar qapanma və yaxud da yumşalma tədbirləri TƏBİB tərəfindən həyata keçirilmir. Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü kimi TƏBİB yalnız müalicə və müayinəylə bağlı tövsiyələr verir.
Bütün bunlarla bərabər vurğulayaq ki, dünyada olduğu kimi, Azərbaycanda da karantin qaydaları insaların sağlamlığının qorunması üçün tətbiq olunur. Hətta bir çox ölkələrdə vaksinasiyanın başlamasına baxmayaraq, hələ də pandemiya ilə mübarizədə karantin qaydalarının tətbiqi zəruri hesab edilir. TƏBİB pandemiya ilə mübarizədə NK yanında Operativ Qərargahın qərarlarını icra edir və buna uyğun fəaliyyətini təşkil edir", - deyə məlumatda qeyd olunub.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


