Bosniya və Herseqovina Bakıda səfirlik açacaq

 Bosniya və Herseqovina Bakıda səfirlik açacaq
  13 Mart 2021    Oxunub:1876
Bosniya və Herseqovina Azərbaycanda səfirlik açacaq.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, qərar Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Milorad Dodikin rəhbərliyi ilə keçirilən iclasda qəbul edilib.

Bundan əlavə, Keniya, Slovakiya, Braziliya, Əlcəzair, Mərakeş, Tunisdə də səfirliklərin açılmasına qərar verilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: səfirlik  



Xəbər lenti