Rus dilini bilməyən erməni deputat lağa qoyuldu - VİDEO
Erməni KİV-ləri deputatı ələ salaraq yazırlar ki, istənilən orta məktəb müəllimi rus dilində ölkəni beynəlxalq aləmdə təmsil edən Vaqarşak Akobyandan yaxşı danışır.
"İnternetdə iqtidarı təmsil edən deputatı rus dili səviyyəsinin biabırçı olması səbəbindən lağa qoyurlar. Bəlkə də adi vətəndaş olsaydı, kimsə onun bu eyibinə fikir verməzdi. Məsələnin ironiyalı tərəfi budur ki, Akobyan parlamentdə Regional və Avrasiyaya İnteqrasiya daimi Komitəsinin üzvüdür. Onun komissiyadakı funksiyalarından biri Avrasiya İqtisadi Birliyi və digər bölgə ölkələri ilə əlaqələrin təmin edilməsi, habelə ortaq sənədlərin hazırlanmasıdır".
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


