“Yoluxmaların artması yeni ştammla bağlı deyil” - TƏBİB rəsmisi
“Kafe və restoranlarda insanların maskasız olduğunu görürük. Özümüzü qorumalıyıq. İstər nəqliyyat vasitələri, istərsə də qapalı məkanlarda qoruma qaydalarına əməl etsək, virusdan özümüzü qorumuş olarıq. İnsanlar maskadan qorunma vasitəsi kimi deyil, sanki cəzadan qaçmaq üçün istifadə edirlər. Maskadan düzgün istifadə etmirlər. Ağız nahiyyəsində və ya çənə altında saxlayırlar. Maskaların birdəfəlik istifadə müddəti 6-8 saatdır. İnsanlar bunu həftələrlə saxlayır. Nəticədə maskanı cibə qoyub çıxardarkən əlləri onun üzərindəki viruslarla yoluxur. Digər tərəfdən parça maskalar əhali arasında geniş istifadə edilir. Lakin bunların qoruyuculuğu yoxdur, dəb xarakterlidir və cəzadan qoruyur. Parça maskalar insanları virusdan qorumur”.
V.Əliyev koronavirusun yeni ştammlarının Azərbaycanda yayımları barədə fikirlərə də münasibət bildirib:
“Bunların olmamasını inkar etmirəm. Ola bilər, bu ştammlar ölkədə olsun. Hansı ştammın olmasından asılı olmayaraq, biz təması önləyə bilmiriksə, yenidən yoluxma sayının artımına səbəb olur. Yoluxma sürətinin yeni ştammla olmasını düşünmürəm. Sadəcə yumşalmalardan sonra əhali arasında arxayınlıq yaranıb və buna daha öncə də şahid olduq. Noyabrda yoluxma dalğasının zirvəsini yaşadıq. Gündəlik 5 mindən çox yoluxma var idi. O zaman heç Britaniya ştammı yox idi. Yoluxma sayının artmasını ştamma bağlamaq olmaz”.
Daha sonra vaksinasiya prosesinin əhəmiyyətindən söz açan həkim-infeksionist deyib ki, hələlik peyvəndin nəticəsini barədə danışmaq tezdir:
“Avropa ölkələrindən sonra Azərbaycan ilk sıralarda peyvəndləməyə başlayıb. İndiki dönəmdə peyvəndi əldə etmək çətindir. Lakin Azərbaycan COVID-19 əleyhinə olan peyvəndi ilk alan ölkələrdəndir. Kütlənin çox hissəsi peyvəndləmədən keçmədikcə nəticə haqqında danışmaq çətindir. Əhalinin üçdə iki issəsi peyvənd olunmalıdır ki, yoluxma zəncirini qıraq. Peyvənd olmasaydı, nəticə daha ağır olardı”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Vaksin İnfeksionist







Vaxtında, Aydın, Lazımlı!


