Bu gün Paşinyan Sarkisyanla görüşəcək
Qeyd olunub ki, siyasi qüvvələr tərəfindən irəli sürülmüş təşəbbüs çərçivəsində prezident və baş nazir müzakirələr aparacaq.
Xatırladaq ki, “Mənim addımım” və “Parlaq Ermənistan” fraksiyaları prezidentlə görüşməyə hazır olduqlarını elan ediblər, müxalif “Vətənin qurtuluşu hərəkatı” müəyyən şərtlərlə danışıqlarda iştirak etməyə razılaşıb. “Çiçəklənən Ermənistan” fraksiyası hələ də öz mövqeyini açıqlamayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: NikolPaşinyan Sarkisyan







Vaxtında, Aydın, Lazımlı!


