Rusiyalı milyarderin sərvəti 30 milyard dollara çatdı

Rusiyalı milyarderin sərvəti 30 milyard dollara çatdı
  13 Mart 2021    Oxunub:2342
Rusiyalı milyarder Aleksey Mordaşovun sərvəti ilk dəfə otuz milyard dollara çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ”Forbes Real-Time” məlumat yayıb.

Bu, cümə günü tarixi maksimuma çatan “Severstal”ın səhmlərinin bahalaşması fonunda baş verib. Onların dəyəri 1414.4 rubla çatıb ki, bu da əvvəlki qiymətdən 4.2% yüksəkdir.

Səhmlərin bahalaşmasına səbəb “Severstal”ın Rusiyada bu il polada təlabatın 3,1 faiz artımın gözlənilməsi, həmçinin Surqut bölgəsində qaynaqlanmış neft boruları istehsalı üçün zavodun inşa edilməsindən imtina açıqlamaları olub.

Aleksey Mordaşov sərvəti 30 milyard dollara çatan ikinci rus iş adamıdır. Daha əvvəl buna yalnız Vladimir Potanin nail olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AlekseyMordaşev  



Xəbər lenti