Boliviyanın sabiq prezidenti həbs olunub

Boliviyanın sabiq prezidenti həbs olunub
  13 Mart 2021    Oxunub:1817
Boliviyanın sabiq prezidenti Janin Anes həbs olunub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Eduardo del Kastilo “Twitter” hesabında yazıb.

Daha əvvəl prokurorluq onun terrorçuluq, vətənə xəyanət, sui-qəsd ittihamları ilə həbs olunmasına dair order vermişdi.

“Boliviyalılara bildirirmək istəyirəm ki, Janin Anes artıq tutulub və hazırda polisin əlindədir”, - nazir bildirib.

Qeyd edək ki, 12 mart tarixində Boliviyanın korrupsiyaya qarşı mübarizə üzrə prokuroru Omar Alsides keçmiş müvəqqəti prezidentin həbsi barədə qərar verib.

2020-ci ilin oktyabrında keçirilən seçkilərdə Boliviyada iqtisadiyyat naziri, sabiq prezident Evo Moralesin tərəfdarı Luis Arse qalib gəlib. Həmin ilin oktyabr ayının sonunda Boliviya parlamenti Anesi soyqırımda günahlandıraraq məhkəmə istintaqının aparılmasını tələb edib. Anes özünü günahsız hesab edir.

Bundan əlavə, parlament 2019-cu ildə prezident seçkilərindən sonrakı etiraz aksiyaları zamanı 26 nəfərin ölümü ilə nəticələnən hadisələrə görə 11 nazir və keçmiş nazirlərə qarşı cinayət işlərinin açılmasına çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Boliviya  



Xəbər lenti