Ermənistan polisi XİN-in binasını mühasirəyə aldı

 Ermənistan polisi XİN-in binasını mühasirəyə aldı
  13 Mart 2021    Oxunub:1797
Ermənistan polisi Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alıb.
Azvision.az xəbər verir ki, buna səbəb baş nazir Nikol Paşinyanın nazirliyə gəlişi və müxalifətin etiraz aksiyasıdır.

Artıq etirazçılar XİN-in binasına tərəf gəlməyə başlayıblar. Bundan əvvəl, müxalifət tərəfdarlarını aksiyaya çağırıb.

"Nikolsuz Ermənistan - tələbimizi yenidən səsləndirmək üçün nazirliyin binası qarşısına yığışacağıq", - "Vətənin qurtuluşu hərəkatı"nın açıqlamasında deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  



Xəbər lenti