Türkiyədə nazirin anası koronavirusdan vəfat etdi

Türkiyədə nazirin anası koronavirusdan vəfat etdi
  13 Mart 2021    Oxunub:2656
Türkiyənin daxili işlər naziri Süleyman Soylunun anası Servet Soylu koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında məlumat yayıb.

Nazir S.Soylunun müalicə aldığı xəstəxanada vəfat etdiyini bildirib.

Qeyd edək ki, Servet Soylu yanvar ayında COVID-19 diaqnozu ilə xəstəxanaya aparılıb, daha sonra onun vəziyyəti ağırlaşıb və reanimasiyaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti