Dörd nəfərdən odlu silah götürülüb

Dörd nəfərdən odlu silah götürülüb
  13 Mart 2021    Oxunub:2696
Abşeron, İmişli və Şabran sakinlərindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bəhrəmtəpə qəsəbə sakinləri F.Maqsudovda və R.Əsədovda müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngi aşkarlanıb.

Dövlət Komitəsinin sədri Berlin Toplantısında iştirak edəcək
Bundan başqa, Şabran RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə Xəlilli kənd sakini F.Məmmədovdan müvafiq sənədləri olmayan nömrəsi silnmiş “TOZ-16” markalı ov tüfəngi və 10 ədəd patron götürülüb.

Abşeron RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Məmmədli kənd sakini, əvvəllər məhkum olunmuş C.Məcidovda “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd güllə aşkar edilib.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Silah  



Xəbər lenti