Ombudsmanın nümayəndələri hərbi hissələrə baxış keçirdi
Baxış zamanı Aparatın əməkdaşlarına komandanlıqlar tərəfindən müvafiq olaraq hərbi hissələr haqqında məlumat verilib. Ombudsmanın nümayəndələri tərəfindən Daxili Qoşunların hərbi hissəsində əsgər yataqxanasına, tibb hissəsinə, kluba, kitabxanaya, idman zalına, görüş otağına, yeməkxanaya, ərzaq anbarına, hərbi qullquçuların istifadəsi üçün olan çayxanaya, camaşırxanaya, hamama və sanitar qovşağa baxış keçirilib.
Ombudsman Aparatının əməkdaşlarına Daxili Qoşunların həmin hərbi hissəsinin Vətən Müharibəsində iştirak edən, yaralanan və şəhid olan hərbi qulluqçuları barədə məlumat verilib, onlarla bağlı guşələr göstərilib.
Bununla yanaşı, Ombudsmanın nümayəndələri tərəfindən Mülki Müdafiə Qoşunlarının hərbi hissəsində əsgər yataqxanasına, tibb hissəsinə, yeməkxanaya, ərzaq anbarına, hamama, sanitar qovşağa, camaşırxanaya və asudə vaxtın səmərəli təşkili üçün yaradılan idman meydançasına baxış keçirilib.
Eyni zamanda, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrdə işləyən mülki şəxslərlə də görüşüb və onların fikirləri dinlənilib. Gələcəkdə bu cür tədbirlərin Daxili Qoşunların, Mülki Müdafiə Qoşunlarının digər hərbi hissələrində, həmçinin razılaşdırılmış tədbirlər planına müvafiq olaraq Müdafiə Nazirliyinin də hərbi hissələrində həyata keçirilməsi davam etdiriləcək.
Azvision.az
Teqlər: Ombudsman Hərbi-hissə







Vaxtında, Aydın, Lazımlı!


