Tovuzda toy keçirilməsinin qarşısı alınıb

Tovuzda toy keçirilməsinin qarşısı alınıb
  13 Mart 2021    Oxunub:1152
Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayonun Əyyublu kəndi ərazisində yerləşən “EL” restoranında toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, restoranın xidmət personalı barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 8 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında, obyekt sahibi isə 4000 manat miqdarındqa cərimə edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti