Britaniya kraliçası: “Yuri Qaqarin cazibədar idi”

  Britaniya kraliçası:  “Yuri Qaqarin cazibədar idi”
  13 Mart 2021    Oxunub:3770
Böyük Britaniya kraliçası II Elizabet elmi konfrans çərçivəsində iştirakçılara sovet kosmonavtı Yuri Qaqarinlə görüşü barədə danışıb.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, Qaqarinlə kraliçanın görüşü 1961-ci ilin iyul ayında Londonda baş tutub.

“O, cazibədar idi. Düşünürəm ki, ilk (kosmonavt-red) olması onu xüsusilə cazibədar etmişdir”.

Qaqarinin necə insan olması barədə suala, kraliça onun yaxşı yumor hissinə sahib olduğunu və iştirakçıları güldürdüyünü deyib.

Kraliça, həmçinin astronavtın ingilis dilini bilmədini əlavə edib.

Xatırladaq ki, Yuri Qaqarin 11 iyul 1961-ci ildə Böyük Britaniyaya səfər edib və dörd gün orada qalıb. Səfər zamanı bir neçə ingilis ictimai və siyasi xadimlə görüşüb, II Elizabetin dəvəti ilə Bukingem Sarayında yeməyə qatılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: YuriQaqarin  



Xəbər lenti