Türkiyəyə gedən şəxslərə kod veriləcək

 Türkiyəyə gedən şəxslərə kod veriləcək
  13 Mart 2021    Oxunub:4331
Türkiyənin Səhiyyə Nazirliyi ölkəyə səfər edən şəxslərin tibbi məlumatlarının elektron formada qeydiyyata alınması üçün “Türkiyəyə Giriş Anketi” sistemini təkmilləşdirib.
Türkiyənin ölkəmizdəki səfirliyindən Azvision.az -a verilən məlumata görə, hava yolu ilə xarici ölkələrdən səfər edəcək şəxslər səyahətdən 72 saat əvvəl “register.health.gov.tr” saytına daxil olmalı və “Türkiyəyə Giriş Anketi”ni doldurmalıdır.

Anket doldurulduqdan sonra hər bir şəxs üçün müvafiq kod yaradılacaq və şəxslər bu kodu Türkiyədə səyahət zamanı istifadə edə biləcəklər.



Azvision.az


Teqlər: Türkiyə   Azərbaycan  



Xəbər lenti