“Turizm cənnəti”nə getməyə icazə verildi

“Turizm cənnəti”nə getməyə icazə verildi
  13 Mart 2021    Oxunub:1804
Bali adasında xarici turistlərin qəbulu üçün "yaşıl zona"ya daxil ediləcək kurortların son siyahısı müəyyənləşib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə adanın qubernatoru Vayan Koster bildirib.

Onun sözlərinə görə, xarici səyahətçilərin Ubud, Sanur və Nusa-Duaya girişinə icazə veriləcək. Bu qərar İndoneziyanın Səhiyyə Nazirliyi, Turizm və İqtisadiyyat nazirliklərinin razılığı ilə verilib.

Əvvəlcə Kuta və Nusa Penida da siyahıda olub, lakin hələlik xaricilər ora buraxılmayacaq.

"Yaşıl zonalar"ın yaradılması "COVID-19 safe travel" (təhlükəsiz səyahət) milli proqramına daxil edilib. Bu cür yerlərdə yaşayan və işləyən şəxslərin peyvənd olunması nəzərdə tutulub.

Bundan əlavə, qubernator xaricilər də daxil olmaqla, qaydaları pozanlar üçün cəzaları sərtləşdirən qərar imzalayıb. Onlar 70 dollar cərimə ediləcək, təkrarlanan qanun pozuntuları halında isə həmin şəxslər dərhal İndoneziyadan deportasiya ediləcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bali   Turis  



Xəbər lenti